Bərdədə “İslamda təfəkkür və radikal düşüncədən uzaq olmaq” mövzusunda maarifləndirici tədbir keçirilib

Bərdədə “İslamda təfəkkür və radikal düşüncədən uzaq olmaq” mövzusunda maarifləndirici tədbir keçirilib Natiqlər radikalizmin fəsadlarından, gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs ediblər
Din
11 Fevral , 2016 18:28
Bərdədə “İslamda təfəkkür və radikal düşüncədən uzaq olmaq” mövzusunda maarifləndirici tədbir keçirilib

Bakı. 11 fevral. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bərdə rayonu “Uğurbəyli” kənd məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində bu gün “İslamda təfəkkür və radikal düşüncədən uzaq olmaq” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bu barədə "Report"a komitənin mətbuat xidmətindən bildirilib.

Bərdə rayonu Uğurbəyli kənd məscidində təşkil olunmuş tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları, dini icmanın sədri Səbuhi Hacıyev, Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Eldəniz Səfərov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Azərbaycandakı mövcud dini durum, dövlətin dinə qayğısı, ölkəmizdə radikalizm meyillərinin yaranmasının səbəbləri barədə geniş məlumat verib.

Çıxış edənlər radikalizmin fəsadlarından, gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs ediblər.

Sonda tədbir iştirakçılarına dini icmalara maliyyə yardımının göstərilməsi ilə bağlı Prezident İlham Əliyevin sərəncamına əsasən, komitə tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş Qurani-Kərim və “Məzhəblərarası yaxınlaşma, yardımlar və maneələr” adlı kitablar paylanılıb.  

Son xəbərlər

Orphus sistemi