Yuxarı

Mübariz Qurbanlı: "Azərbaycanda dinlərarası məsələlərdə ciddi problemlər demək olar ki, yoxdur"

Bu gün dünyanın əksər ölkələrində din siyasi məqsədlər üçün istifadə edilir

Bakı. 17 dekabr. REPORT.AZ/ “Bu gün dünyanın əksər ölkələrində din siyasi məqsədlər üçün istifadə edilir. Azərbaycanda da bu cür faktlara rast gəlmək olur”. “Report” xəbər verir ki, bunu “Dövlət-Din münasibətləri və vətəndaş cəmiyyəti” mövzusunda keçirilən konfransada Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

“Din pərdəsi altında özünün siyasi məqsədlərini həyata keçirmək istəyən insanlar var. Dinin siyasi məqsədlər üçün istafədə olunması daha çox İslam ölkələrindədir. Xüsusi ilə İslam ölkələrində çox sayda insalar din pərdəsi altında gizlənənlərin və dinlərarası, məhzəblərarası ayrı-seçkiliklərin və bu ayrı-seçkiliklərdən siyasi məqsədlər üçün istifadə olunması nəticəsində baş verən müharibələrin eyni zamanda digər fəlakətlərin qurbanı olurlar”.

M.Qurbanlı qeyd edib ki, Azərbaycanda dövlət-din məsələləri Azərbaycan Respublikasının Konstitusiyasının müddəaları ilə tənzimlənir: “Hazırda Azərbaycanda dinlərarası və məhzəblər arası məsələlərdə ciddi problemlər demək olar ki, yoxdur. Dini mənəvi dəyərlərimizin, İslam dininin əxlaq və tərbiyyət qaydalarının qorunub-saxlanılması istiqamətində Azərbaycanda geniş layihələr həyata keçirilir. Bu işdə QHT-lərin də üzərinə böyük məsuliyyətlər düşür və QHT-lərin bu sahədə özünə məxsus yeri və rolu var”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi