Yuxarı

​Qubada "Dini radikalizmlə mübarizədə dini icmaların rolu" mövzusunda seminar-müşavirə keçirilib

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Qubada "Dini radikalizmlə mübarizədə dini icmaların rolu" mövzusunda seminar-müşavirə keçirilib. DQİDK-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müşavirədə Komitə sədrinin birinci müavini Səyyad Salahlı, Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tariyel İbrahimov, DQİDK-nın əməkdaşları, Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, QMİ-nin bölgə qazısı Naib Səttarov, ziyalılar, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrininbirinci müavini Səyyad Salahlı dini radikalizmi yaradan səbəblər vəradikal cərəyanların törətdiyi fəsadlardandanışıb. Səyyad Salahlı qeyd edib ki, “Dini etiqad azadlığı haqqında” Qanuna son dəyişikliklərdin adından istifadə edərək ekstremizm hallarının yayılmasının qarşısını almaq zərurətindən edilib. O bildirib ki, cəmiyyət üçün təhlükə hesab edilən dini radikalizm hallarının qarşısının alınmasında din xadimlərinin əhəmiyyətli rolu var.

Daha sonra DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Rüstəm Ramazanov “Radikal dini cərəyanlara qarşı mübarizədə ənənəvi İslam dəyərlərinin rolu” məruzəsi ilə çıxış edərəkmövzunun aktuallığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. O qeyd edib ki, din adı ilə təqdim edilən radikal baxışlı ideoloji təlimlərin əsas məqsədlərindən biri cəmiyyət daxilində mövcud olan möhkəm həmrəyliyə pozucu təsir göstərməkdir.

Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tariyel İbrahimov, bölgə qazısı Naib Səttarov mövzu ətrafında çıxış edərək İslamda radikalizmə yer olmadığını, sülh və barış dini olduğunu qeyd ediblər.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dini radikalizmlə mübarizədə dini icmaların, dindarların rolunun vacibliyindən danışıblar.

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi