Komitə sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

Komitə sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib Müraciətlər əsasən dini icmaların dövlət qeydiyyatı və fəaliyyəti, dini maarifləndirmə və s. məsələlərlə bağlı olub
Din
24 Fevral , 2017 19:50
Komitə sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

Bakı. 24 fevral. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, komitənin müvafiq bölgə şöbəsinin də iştirak etdiyi qəbulda vətəndaşlar diqqətlə dinlənilib. Müraciətlər əsasən dini icmaların dövlət qeydiyyatı və fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərə dini ədəbiyyatın verilməsi, Quran kurslarının təşkili və sair məsələlərlə bağlı olub.

Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi