Yuxarı

Mübariz Qurbanlı Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Qəbulda vətəndaşlar dini icmaların fəaliyyəti, dövlət qeydiyyatına alınması, məscidlərin təmiri və digər məsələlərlə bağlı müraciət ediblər

Bakı. 24 fevral. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 24-də Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində bu rayondan və Şabrandan olan sakinləri qəbul edib.

Bu barədə "Report"a komitənin mətbuat xidmətindən bildirilib.

Qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini mərkəzlərin müvafiq ədəbiyyatla təminatı və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini diqqətlə dinləyərək bəzilərinin həlli, bəzilərinin isə araşdırılması üçün göstərişlər verib. Ondan çox vətəndaş qəbul edən komitə sədri bir sıra müraciətləri yerindəcə həll edib. Vətəndaşların komitənin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətləri aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi