Yuxarı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb

Şuraya dövlət komitəsi sədrinin birinci müavini Səyyad Salahlı sədr təyin olunub

Bakı. 12 fevral. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.

Komitədən "Report"a verilən məlumata görə, bu addım dövlət başçısının “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli fərmanına uyğun olaraq atılıb. 

Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan şuraya dövlət komitəsi sədrinin birinci müavini Səyyad Salahlı sədr təyin olunub. 6 nəfərdən ibarət Apellyasiya Şurasına dövlət komitəsinin mərkəzi aparatına daxil olan şöbələrin müdirləri, katibliyə isə komitənin məsul əməkdaşları daxildir.

Qeyd edək ki, Apellyasiya Şurası Bakı şəhəri, Əhməd Cavad,12 ünvanında, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin inzibati binasında fəaliyyət göstərəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi