Deputatın evinin yanındakı məscidin axundu: “Azanı hər gün özüm verirəm“

Deputatın evinin yanındakı məscidin axundu: “Azanı hər gün özüm verirəm“ “Məsciddə azan verilməməsi barədə yazılanlar cəfəngiyat və qərəzlidir”
Din
12 Avqust , 2016 14:14
Deputatın evinin yanındakı məscidin axundu: “Azanı hər gün özüm verirəm“

Bakı. 12 avqust. REPORT.AZ/ “Deputat Tahir Süleymanovun evinin yanındakı məsciddə azan verilməməsi barədə yazılanlar cəfəngiyat və qərəzlidir”.

Bunu “Report”a Şabran rayon Xıdır Zinda məscidinin axundu Rahim Mövsümov məsciddə azana qadağa qoyulması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O bildirib ki, Tahir Süleymanovun evinin qapısı onun deputatlığından əvvəl də hər kəsə açıq olub: “1995-ci ildə məscidin bünövrəsinin qoyulmasının da əsas səbəbkarı məhz odur. Nə xahişimiz olub hamısını dinləyib. Məsciddə gündəlik namaz qılınır və axund olaraq canlı şəkildə azanı hər gün özüm verirəm. Adamın başının üstündə Allah var. Gündəlik olaraq mənim rəhbərliyim altında burada hər gün beş dəfə namaz qılınır.  Bu yazılanlar Tahir Süleymanovla yanaşı biz dindarlara qarşı da təxribatdır”.

Xatırladaq ki, bloqqer Mehman Hüseynov deputat Tahir Süleymanovun evinin qarşısından videomaterial hazırlayıb. M.Hüseynov materialda deputat tərəfindən evinin yanındakı məsciddə azan verilməsinə qadağa qoyulduğunu iddia edib. T.Süleymanov isə “Report”a açıqlamasında bunun böhtan olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi