Dövlət Komitəsi daha 9 dini icmaya maliyyə yardımı ayırıb

Dövlət Komitəsi daha 9 dini icmaya maliyyə yardımı ayırıb Bu günə qədər 19 qeyri-islam, 77 İslam dini icmasına maliyyə yardımı ayrılıb
Din
29 Yanvar , 2016 17:26
Dövlət Komitəsi daha 9 dini icmaya maliyyə yardımı ayırıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) bu gün maliyyə yardımı ayrılan daha 9 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

Komitədən "Report"a verilən xəbərə görə, toplantıda dövlət komitəsi sədrinin birinci müavini, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.

Dövlət komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışıb. O bildirib ki, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin genişləndirilməsidir. Eyni zamanda, komitə sədrinin birinci müavini dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan çıxış etmələrini tövsiyə edib.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama uyğun olaraq 96 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 77-i isə İslam dini icmasıdır. İcmalar ayrılan vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində yerlərdə tədbirlər keçirməkdə davam edir.

Son xəbərlər

Orphus sistemi