Yuxarı

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin qiyməti açıqlanıb

Bakı. 22 fevral. REPORT.AZ/ Bu il Azərbaycandan Həcc ziyarətinə getməyin qiyməti açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu il Həcc ziyarətinə getmək istəyənlər 4285 dollar ödəməli olacaqlar.

İdarədən bildirilib ki, Həcc ziyarətinə sənəd qəbulu gələn həftə elan olunacaq.

Qeyd edək ki, ötən il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılmışdı və bir nəfərin ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi