Bu gecə ilk Qədr gecəsidir

Bu gecə ilk Qədr gecəsidir İlk əhya gecəsi Ramazan ayının 18-ci gününə, yəni iyunun 13-dən 14-nə keçən gecəyə təsadüf edir
Din
13 İyun , 2017 14:13
Bu gecə ilk Qədr gecəsidir

Bakı. 13 iyun. REPORT.AZ/ Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsi (əhya) qeyd olunacaq.

Qafqaz Müsəlmanları İdarəsindən "Report"a verilən məlumata görə, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni iyunun 13-dən 14-nə keçən gecəyə təsadüf edir.

Ramazan ayının ikinci Qədr gecəsi iyunun 15-dən 16-na, üçüncüsü 17-dən 18-nə keçən gecən qeyd olunacaq.

Ramazan ayının sonuncu Qədr gecəsi Ramazan ayının 26-cı günü, yəni iyunun 21-dən 22-nə keçən gecəyə təsadüf edəcək.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. 

Son xəbərlər

Orphus sistemi