Yuxarı
    Bağlamaq

    Belarus prezidenti ​Şeyxülislam Allahşükür Paşazadəni ordenlə təltif edib

    ​Şeyxülislam Allahşükür Paşazadə “Fransisk Skorina” ordeni ilə təltif edilib

    Bakı. 4 sentyabr. REPORT.AZ/ Belarus prezidenti Aleksandr Lukaşenko Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadəni "Fransisk Skorina" ordeni ilə təltif edib.

    Bu barədə Report-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, Şeyxülislam Allahşükür Paşazadə bu mükafata Belarus-Azərbaycan dövlətlərarası dialoqun inkişafına verdiyi əhəmiyyətli şəxsi töhfəsi, Belarus və Azərbaycan arasında ticarət-iqtisadi və mədəni əlaqələrin genişlənməsi fəaliyyəti və dinlərarası razılığın möhkəmləndirilməsində gördüyü işlərə görə layiq görülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi