Yuxarı
    Bağlamaq

    BDU-nun Dinşünaslıq ixtisasına tələbə qəbulu dayandırılıb

    İlahiyyat fakültəsinə tələbə qəbulu dayandırılmayıb

    Bakı. 28 iyul. REPORT.AZ/ Bu il Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinə tələbə qəbulu dayandırılmayıb.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

    Qeyd olunub ki, fakültənin bakalavr və magistratura səviyyəsinin müvafiq ixtisaslarına qəbul davam edir.

    “Report”un əldə etdiyi məlumata görə, 2017/2018-ci tədris ilində BDU-nun İlahiyyat fakültəsinin Dinşünaslıq ixtisasına bakalavr səviyyəsi üzrə plan yeri ayrılmayıb. Lakin adıçəkilən ixtisas üzrə magistr pilləsinə qəbul olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi