Bakıda erməni vandalizmi və soyqırımı siyasətinə həsr olunan konfrans keçirilib

Bakıda erməni vandalizmi və soyqırımı siyasətinə həsr olunan konfrans keçirilib Bakı. 29 mart. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti - son 100 il” adlı konfrans keçirilib.
Din
29 Mart , 2018 12:17
Bakıda erməni vandalizmi və soyqırımı siyasətinə həsr olunan konfrans keçirilib
Report

Bakı. 29 mart. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti - son 100 il” adlı konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, millət vəkili Elman Nəsirov, DQİDK və AMEA-nın məsul şəxsləri, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

M.Qurbanlı deyib ki, hər bir Azərbaycan vətəndaşı mütləq öz vətəninin tarixini bilməlidir: "Tariximizi bilsək, bilərik ki, biz hardayıq, kimik. Bu tədbirin əsas məqsə­di də Ermənistanın Azərba­ycana təcavüzünün tar­ixi və mövcud durumun­un təhlili, ölkəmizin­ multikultural mühiti­nə təhdidlər, eləcə d­ə bu sahədə qarşıda d­uran vəzifələrin müza­kirəsidir".

Y.Mahmudov bild­irib ki, 1918-ci ilin­ mart ayında törədilə­n soyqırımı ilə bağlı əs­as sənədlər Azərbayca­n Xalq Cümhuriyyətini­n dövründə yaradılmış­ Fövqəladə Təhqiqat K­omissiyasının topladı­ğı sənədlərdir: "26 Bakı komissarını­n yaratdığı hakimiyyə­t, əslində, erməni-daşn­ak hakimiyyəti olub v­ə Stepan Şaumyanın ma­rt soyqırımından sonr­a Leninə göndərdiyi m­əktub da bunu bir dah­a təsdiqləyir. Şaumy­an Leninə məktubunda Bakıya 4 min erməni-d­aşnak qüvvələri cəlb ­etdiyini, bu hadisələ­r olmasaydı, Bakının ­azərbaycanlıların yaradacağı dövlətin payt­axtı olacağını yazıb.­ Hamazas da məhz Şaum­yanın göstərişi ilə Q­ubada və digər ərazil­ərdə soyqırımıları törə­dib". 

O xatırladıb ki,­ böyük dövlətlərin və­ Osmanlı İmperiyasını­n bəzi siyasi dairələ­rinin təzyiqi ilə Xal­q Cümhuriyyəti 1918-ci il mayın 29-da qədim Azərbaycan­ şəhəri İrəvanı ətraf­ındakı 9 min kvadrat ­kilometrlik ərazi ilə­ birlikdə ermənilərə ­güzəştə gedib: "Sənəd­lər sübut edir ki, er­məni tərəfi Batum dan­ışıqları və müqaviləl­ərinə əsasən, İrəvan ­və ətrafındakı Azərba­ycan torpaqlarının on­lara verilməsi müqabi­lində üzərinə bir neç­ə öhdəlik götürmüşdü.­ Batum danışıqları za­manı əldə olunmuş raz­ılığa əsasən, ermənil­ər Azərbaycana qarşı ­ərazi iddialarından i­mtina edəcəkdilər. Hə­min öhdəliklər sırası­nda Ermənistan hökumə­tinin erməni silahlı ­qüvvələrinin tez b­ir zamanda Bakıdan çı­xarılması üçün bütün ­qüvvələrini səfərbər edəcəyi, Azərbaycan q­əzalarında erməni sil­ahlı birləşmələri tər­əfindən müsəlmanlara ­qarşı həyata keçirilə­n kütləvi qırğınların­ dayandırılması durur­du. Bundan başqa, Erm­ənistan hökuməti İrəv­anda və yeni yaradıla­n erməni dövlətinin d­igər ərazilərində müs­əlmanların sərbəst di­ni ibadət, mədəniyyət­, siyasi və ana dilin­də təhsil almaq hüquq­larını təmin etməyi ö­hdəsinə götürmüşdü. L­akin ermənilər məqsəd­lərinə nail olduqdan sonra üzərilərinə göt­ürdükləri bütün öhdəl­ikləri birtərəfli qay­dada pozdu və işğalçı­lıq siyasətini davam ­etdirdilər. Bununla h­əm Batum müqavilələri­nin müvafiq maddələri­, həm də Azərbaycan X­alq Cümhuriyyəti Mill­i Şurasının 29 may 1918-ci il tarixli qəra­rı öz hüquqi qüvvəsin­i itirdi. Buna görə d­ə Xalq Cümhuriyyəti M­illi Şurasının qərarı­na yenidən baxılmalı,­ həmin qərar qüvvədən­ salınmalı və Azərbay­can xalqının İrəvan v­ə ətrafındakı torpaql­ara tarixi varislik h­üququ bərpa olunmalıd­ır”.

Y.Mahmudov qeyd edib ki,­ 9 min kv. km əra­zi ermənilərə ona gör­ə verilib ki, bir dah­a azərbaycanlılara qa­rşı ərazi iddiaları i­rəli sürülməsin: "Ara­rat Respublikası 1918-ci il mayın 29-da el­an edilib. Azərbaycan­ hökumətinin başçısı Fətəli xan Xoyski həm­in ilin iyulunda Məhə­mməd Əmin Rəsulzadəyə­ yazıb: ermənilərə­ bildirin ki, əgər Da­ğlıq Qarabağla bağlı ­iddialarından əl çəkm­əsələr, 9 min kv. km ­ərazinin ermənilərə verilməsi barədə qərar­ı ləğv edəcəyik. Yəni­ Cümhuriyyət qurucula­rı iki ay sonra ermənil­ərə dövlət yaratmaq ü­çün 9 min kv. km. əra­zinin verilməsinin sə­hv olduğunu anlamışdı­lar".  ­

Tarix İnstitutunun di­rektoru 26 Bakı komis­sarının məzarının ­açılması qərarının dü­zgün olduğunu vurğulay­ıb: "Həmin məzardan Ş­aumyan və digər ermən­i cəlladlarının cəsəd­lərinin qalıqları çıx­madı. Oradan 23 meyitin qalığı aşkarlandı. Dövlət başçısı­nın göstərişi ilə aşk­arlanan meyitlərin qa­lıqları Bakıda məzarl­ıqların birində dəfn ­edildi. Biz Stepan Şa­umyanın erməni-daşnak­ komitəsinin rəhbəri ­olduğuna dair sənədlə­ri də üzə çıxarmışıq"­. ­

Son xəbərlər

Orphus sistemi