Yuxarı
    Bağlamaq

    ​Bakı İslam Universitetini indiyədək 2 235 nəfər bitirib

    Universitetdə iki fakültə fəaliyyət göstərir

    Bakı. 3 may. REPORT.AZ/ Hazırda Bakı İslam Universitetində 1 286 tələbə təhsil alır.

    Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib.

    Universiteti bu günə qədər 2 235 nəfər bitirib. Məzunların işlə təmin olunmasında Qafqaz Müsəlmanları İdarəsi QMİ yaxından iştirak edir. Universiteti bitirənlər həmçinin MDB məkanında fəaliyyət göstərən diaspora təşkilatlarında, diplomatik nümayəndəliklərdə, eləcə də müxtəlif xeyriyyə fondlarında çalışırlar.

    2009-cu ildə Təhsil Nazirliyi Bakı İslam Universitetinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verib. Həmin razılığa əsasən universitetdə bakalavr səviyyəsində Dinşünaslıq ixtisası, magistratura səviyyəsində isə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşmaları üzrə kadr hazırlığı aparılır.

    Hazırda Bakı İslam Universitetində 2 fakültə: İslamşünaslıq və Şəriət fakultələri var. Universitetdə həm dini, həm də dünyəvi fənlər tədris olunur. Təhsil əyani və qiyabi şöbələrdə aparılır.
    Universitetdə Şəriət və Quran elmləri, İctimai (dünyəvi) elmlər və Dillər kafedraları fəaliyyət göstərir.
    Bakı İslam Universiteti Misir, Malayziya, Liviya, Suriya və Türkiyədə fəaliyyət göstərən İslam Universitetləri və dini tədris mərkəzləri ilə sıx əməkdaşlıq edir. Universitetin müəllim və tələbələri müntəzəm olaraq müxtəlif xarici ölkələrdə təşkil olunan beynəlxalq konfrans və müsabiqələrdə iştirak edirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi