Bakı İslam Universitetində gənclər üçün təlim keçirilib

Bakı İslam Universitetində gənclər üçün təlim keçirilib Azərbaycanda yaşayan etnik qruplar haqqında məlumat verilib
Din
5 Dekabr , 2016 20:30
Bakı İslam Universitetində gənclər üçün təlim keçirilib

Bakı 5 dekabr. REPORT.AZ/ Bakı İslam Universitetində (BİU) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı, "EL Gücü" İctimai Birliyinin təşəbbüsü ilə gənclər üçün təlim keçirilib.

Universitetdən "Report"a verilən məlumata görə, təlim “Azərbaycanda yaşayan etnik qrupların mədəni irsinin öyrənilməsi və təbliğ edilməsi” adlı layihə çərçivəsində baş tutub. Təlimçilər qismində BDU-nun Jurnalistika fakültəsinin müəllimi Afaq Sadıqova, politoloq Taleh Əliyev, BİU-nun ictimai fənlər kafedrasının müdiri Elvin Talışınski və Habil Niftalı çıxış ediblər. 

Tədbirin əsas məqsədi Azərbaycanda yaşayan etnik qrupların mədəni irsi, tarix və mədəniyyət abidələri, adət-ənənələri haqqında gənclərə və ictimaiyyətə məlumat verməkdir.

Son xəbərlər

Orphus sistemi