Rektor: "Bakı İslam Universitetində dini jurnalistika ixtisasının yaradılmasını istəmişdik"

Rektor: "Bakı İslam Universitetində dini jurnalistika ixtisasının yaradılmasını istəmişdik" Sabir Həsənli: "Jurnalistlərə dini mövzuda bilgi vermək hər zaman düşüncəmizdə olub"
Din
25 Noyabr , 2016 12:46
Rektor: Bakı İslam Universitetində dini jurnalistika ixtisasının yaradılmasını istəmişdik

Bakı. 25 noyabr. REPORT.AZ/ “Bu gün Azərbaycan məscidlərində çalışan din xadimlərinin 80-85 faizi Bakı İslam Universitetinin məzunudur”.

“Report” xəbər verir ki, bunu “Heydər” məscid-kompleksi İdarəsinin sədri Sabir Həsənli Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Mətbuat Şurasının birgə layihəsi əsasında jurnalistlər üçün təşkil olunmuş "Milli-mənəvi dəyərlər və KİV" adlı treninqin açılışında deyib.

Onun sözlərinə görə, uzun illər Bakı İslam Universitetində dini jurnalistika ixtisasının yaradılması istiqamətində iş aparıblar: “Yəni rəhbərlik etdiyim ali təhsil müəssisəsinin Azərbaycanda dini sahədə ixtisaslaşmış jurnalistlərin yetişdirməsini istədik. Ancaq təəsüflər olsun ki, bunu həyata keçirə bilmədik. Jurnalistlərə dini mövzuda bilgi vermək hər zaman düşüncəmizdə olub. Nəhayət, bunu bu formada gerçəkləşdiririk”.

Son xəbərlər

Orphus sistemi