Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yay məktəbi təşkil edəcək

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yay məktəbi təşkil edəcək Bununla bağlı hazırlıq işlərinə başlanılıb
Din
24 Fevral , 2016 21:11
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yay məktəbi təşkil edəcək

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanın dini və milli müxtəlifliyin bərqərar olduğu səfalı bölgələrindən birində bu il növbəti yay məktəbi təşkil ediləcək və hazırda bununla bağlı hazırlıq işlərinə start verilib.

Bu barədə "Report"a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 8-15 fevral tarixlərində fəaliyyət göstərən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbinin nəticələri ilə bağlı yekun toplantı keçirilib. İclasda Mərkəzin müvafiq şöbələri qış məktəbi ilə bağlı hesabat verib.

Toplantıda vurğulanıb ki, qış məktəbi ümumilikdə qarşısına qoyduğu məqsədə nail olub, xarici tələbələrin Azərbaycana marağı rəğbət və sevgiyə çevrilib. 

Son xəbərlər

Orphus sistemi