Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İrana səfər edəcək

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İrana səfər edəcək Tehran, Təbriz və Qum şəhərlərində dövlət rəsmiləri və din xadimləri ilə görüşlər nəzərdə tutulub
Din
23 Aprel , 2015 06:04
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İrana səfər edəcək

Bakı. 23 aprel. REPORT.AZ/ İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahiminin dəvəti ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu ölkəyə səfər edəcək.

“Report”un məlumatına görə, Mayın 2-dən 6-dək davam edəcək səfərin məqsədi iki ölkə arasında dini sahədə təcrübə mübadiləsi və gələcək əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə etməkdir.

Səfər çərçivəsində M.Qurbanlının Tehran, Təbriz və Qum şəhərlərində dövlət rəsmiləri və din xadimləri ilə görüşləri də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi