Yuxarı

​Azərbaycanda yeni yaradılan qurumun işçilərinin maaşları müəyyənləşdirilib – SİYAHI

İcraçı direktoru 1400, müşaviri 1000, şöbə müdiri 870 manat maaş alacaq

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycanın Baş naziri Artur Rasizadə “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərara dəyişiklik edib.

“Report”un xəbərinə görə, qərarla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) işçilərinin aylıq vəzifə maaşları müəyyənləşdirilib.

Belə ki, BBMM-in icraçı direktoru 1400, müşavir 1000, şöbə müdiri 870, baş mühasib 700, baş məsləhətçi 580, aparıcı məsləhətçi 530, məsləhətçi, hüquqşünas, informasiya texnologiyaları üzrə mütəxəssis 500, sürücü 185 manat maaş alacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi