Yuxarı
    Bağlamaq

    Azərbaycanda Ramazan ayının bayram namazının qılınacağı vaxt açıqlanıb

    18 İyul Ramazan bayramıdır

    Bakı. 16 iyul. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda müqəddəs Ramazan ayının bayram namazının qılınacağı vaxtını açıqlayıb. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova "Report"a bildirib ki, iyulun 18-i saat 10.00-da "Təzə pir"də və Azərbaycanın digər məscidlərində bayram namazı qılınacaq.

    R.Dadaşova deyib ki, iyulun 18-i Ramazan bayramıdır: "İnsanlar bayram namazından sonra Ramazan bayramını qeyd edə bilərlər". 

    Xatırladaq ki, Ramazan ayı Azərbaycanda iyunun 18-də başlayıb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi