Yuxarı

Azərbaycanda ilk dəfə dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər toplusu nəşr olunub

Kitab bu sahədə yaranacaq sualları cavablandırmağa kömək edəcək

Bakı. 29 iyul. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən Azərbaycanda ilk dəfə olaraq “Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər” toplusu nəşr edilib. 

Komitənin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, kitab bu sahədə son dövrlərdə hazırlanmış ən mütərəqqi nəşrdir. Topluda din və etiqad azadlığı ilə bağlı beynəlxalq normaların öz əksini tapdığı Azərbaycan Respublikasının Konstitusiyasındakı maddələr, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın və protokolların təsdiq edilməsi barədə qanunlar, “Dini etiqad azadlığı haqqında” qanun, DQİDK-nin əsasnaməsi və digər rəsmi sənədlər yer alıb.

Nəşrdəki dövlət və din münasibətlərini tənzimləyən sənədlər həm dövlət qurumları, həm dini icmalar, həm də hər bir vətəndaş üçün bu sahədə yaranacaq sualları cavablandırmağa kömək edəcəkdir.

Kitabın tərtibçisi Dövlət Komitəsinin Kadrlarla iş sektorunun müdiri Bəhruz Müslümov, nəşrə məsul şəxs Hüquq və qeydiyyat şöbəsinin müdiri Səbinə Allahverdiyevadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi