Yuxarı

Azərbaycanda dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir

Dini ekstremist fəaliyyətlə məşğul olma dini qurumun ləğv edilməsinə səbəb olacaq

Bakı 12 oktyabr. REPORT.AZ/ Azərbaycanda dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir.

“Report”un xəbərinə görə, bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik ediləcək. 

Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliklər layihəsinə əsasasən, dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir.
Dini ekstremist fəaliyyətlə məşğul olma dini qurumun ləğv edilməsinə səbəb olacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi