“Azərbaycan Xalq Cümhuriyyəti 100 il: dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib

“Azərbaycan Xalq Cümhuriyyəti 100 il: dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib Bakı. 24 may. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti – 100 il: dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib.
Din
24 May , 2018 11:53
“Azərbaycan Xalq Cümhuriyyəti  100 il: dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib
Report
0 : 00
0 : 00

Bakı. 24 may. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti – 100 il: dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan xalqının milli ideologiyası onun tarixən keçdiyi yol, tarixi adət-ənənələri, sahibləndiyi milli-mənəvi dəyərlər barədə dolğun təsəvvür yaradır. "Xüsusən XIX əsrin sonlarında baş verən ictimai-siyasi hadisələr, maarifçilik hərəkatının genişlənməsi, cəhalət və mövhumata qarşı mübarizə məqsədilə atılan addımlar milli ideologiyamızın zənginləşməsinə mühüm töhfə olub. Xalq Cümhuriyyəti ölkədə dini sahənin inkişafına da xüsusi qayğı ilə yanaşaraq, dövlətlə dindar təbəqə arasında münasibətlərin yüksək səviyyədə nizamlanması istiqamətində mühüm tədbirlər həyata keçirib".

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov deyib ki, Xalq Cümhuriyyəti Azərbaycan xalqının tarixinin ən ağrılı, ən mürəkkəb, eyni zaimanda ən şərəfli dövrlərindən biridir: "Xalq Cümhuriyyəti 23 ay yaşasa da, həmin dövrdə çox böyük işlər görülüb. Sovet dövründə bu məsələlər araşdırılmayıb, öyrənilməyib. Bunun müxtəlif səbəbləri var. Ancaq Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsi istiqamətində çox böyük addımlar atılıb. Xüsusilə 1998-ci ildə Xalq Cümhuriyyətinin 80 illik yubleyinin keçirilməsi barədə qərar, yazılan əsərlər Cümhuriyyətin tarixinin öyrənilmsəsində mühüm rol oynayıb. Sonrakı dövrdə isə Prezident İlham Əliyev tərəfindən bu siyasət davam etdirilib. 2017-ci ildə may ayının 26-da Xalq Cümhuriyyətinin 100 illik yubleyi haqqında sərəncamın imzalanması, 2018-ci il yanvarın 10-da 2018-ci ilin "Xalq Cümhuriyyəti ili" elan eldilməsi barədə sərəncan böyük əhəmiyyət kəsb edir. Bu sərəncamla bağlı tədbirlər planı hazırlanıb, xaricdə və ölkəmizdə silsilə təldbirlər keçirilir".

C.Məmmədov bildirib ki, bu gün ən böyük sərvətlərimizdən biri ölkəmizdəki dini dözümlülük, tolerantlıqdır: "Həm Xalq Cümhuriyyəti, həm də müstəqillik illərində Azərbaycanda dövlət din sahəsində münasibətləri yüksək səviyyədə tənzimləməyə çalışıb. Bu gün dünyanın bir çox ölkələrində dövlət-din münasibətləri tənzimləyən hər hansı qurum yoxdur. Ulu öndər Heydər Əliyevin qərarı ilə 2001-ci ildə Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Xalq Cümhuriyyəti dövründə də Xalq Maarifi və Dini Etiqad Nazirliyi yaradılmışdı.

Bütün bunlar göstərir ki, Azərbaycan xalqı din məsələsiminə həmişə həssas yanaşıb. Dövlət din-dövlət münasibətlərlərinin yüksək səviyyədə qorunub saxlanılm asını diqqət mərkəzində saxlayıb".

Daha sonra Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, Roma Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Azərbaycanın Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov çıxış ediblər.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalqımızın vicdan azadlığının təmin edilməsi və milli-mənəvi dəyərlərinin qorunması məqsədilə atılan mütərəqqi addımlar barədə fikir mübadiləsi aparılıb.

Konfransda, eyni zamanda DQİDK tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” mövzusunda nəşr etdirilən kitab təqdim edilib.

Son xəbərlər

Orphus sistemi