Yuxarı
    Bağlamaq

    Azərbaycan vətəndaşları İraq DİN-in razılığı olmadan bu ölkədəki müqəddəs yerləri ziyarət edə biləcəklər

    Bu barədə qərarı ölkənin baş naziri qəbul edib

    Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan vətəndaşları İraq Respublikası Daxili İşlər Nazirliyinin (DİN) razılığı olmadan bu ölkədəki müqəddəs yerləri ziyarət edə biləcəklər.

    "Report"un xəbərinə görə, bu barədə İraqın Azərbaycandakı səfiri Heydər Şiə Qubeyşi əl-Barrak məlumat verib.

    Belə ki, müvafiq qərarı İraq Respublikasının baş naziri Heydər əl-İbadi imzalayıb.

    Müvafiq qərardan sonra İraqın Azərbaycandakı səfiri müqəddəs yerləri ziyarət üçün azərbaycanlı zəvvarlara fərdi və qrup halında viza vermək səlahiyyətinə malikdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi