Yuxarı
    Bağlamaq

    Yaqub Mahmudov: “Azərbaycan İslamın türk ölkələri arasında yayıldığı ilk ərazilərdəndir"

    İslam dünyası, dünyanın bütün səmavi dinlərinin nümayəndələri vəhşiliyə qarşı birləşməlidir

    Bakı. 15 mart. REPORT.AZ/ “Azərbaycan İslamın türk ölkələri arasında yayıldığı ilk ərazilərdəndir”.

    “Report” xəbər verir ki, bunu Milli Məclisin üzvü, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov “İslam həmrəyliyi - Zamanın çağrışı” adlı konfransda deyib.

    Onun sözlərinə görə, Azərbaycan alimləri müsəlman intibahının formalaşmasında böyük rol oyanıyıblar: “Biz vaxtilə İslam dəyərlərini çox çətin vəziyyətə qoruyub saxlamışıq. Müsəlman olduğumuzdan bizə qarşı dəhşətli soyqırımlar həyata keçirilib. Biz bu gün qürur hissi keçiririk ki, müstəqilliyimizin 25 ilində islami dəyərlərə sahib çıxıldı, abidələrimiz bərpa olundu. Bu işlərdə Prezident İlham Əliyevin böyük rolu var. Azərbaycan ərazisində bütün səmavi dinlərin qorunub saxlanılmasında Azərbaycan xalqı mühüm rol oynayır. Gəlin, Azərbaycan nümunəsini öyrənək və dünyada tətbiq edək”.

    Y.Mahmudov bildirib ki, dünyanın müxtəlif siyasi qüvvələri tərəfindən müsəlman dünyasında bilərəkdən qarşıdurmalar yaradılır: “Bu qüvvələr İslam dünyasında yaradılan qarşıdurmalara son qoymalıdır. Terrorun İslamla əlaqələndirilməsinin əleyhinəyik. Xristian dünyasında da yüzlərlə terror təşkilatları var. Amma açıq-aşkar islamofobiya meyilləri yeridilir. Nə üçün İslam dünyasını bizim işğal olunmuş ərazilərimizdə məhv edilən abidələr, məscidlərin taleyi maraqlandırmır?”

    AMEA Tarix İnstitutunun direktoru vurğulayıb ki, İslam dünyası, dünyanın bütün səmavi dinlərinin nümayəndələri vəhşiliyə qarşı birləşməlidir.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi