Yuxarı
    Bağlamaq

    Astarada "Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli" mövzusunda tədbir keçirilib

    Dini dözümlülük olmadan sülhün, ictimai təhlükəsizliyin mümkün olmadığı vurğulanıb

    Bakı. 1 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Astara şəhər "Qum" məscidində "Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli" mövzusunda tədbir keçirilib.

    Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Hatəm Gülməmmədov, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov, Astara rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnur Qurbanlı, din xadimləri, dindarlar və gənclər iştirak ediblər.

    Hatəm Gülməmmədov Azərbaycanda multikultural ənənələrin və tolerantlığın tarixi köklərindən bəhs edib. Multikulturalizmin Azərbaycan modelinin bütün dünyada təqdir olunduğunu söyləyən Hatəm Gülməmmədov ölkəmizdə yaşayan bütün xalqlara eyni isti və səmimi münasibət bəsləndiyini də vurğulayıb. Qeyd olunub ki, tolerantlıq xalqımızın tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindən biri və həyat tərzidir.

    QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov Azərbaycanda multikulturalizmin və tolerantlığın təbliği ilə bağlı ideoloji maarifçiliyin aparılması, eyni zamanda gənclərin yad və radikal qrupların təsirindən qorunmaları üçün Azərbaycan multikulturalizminin region gəncləri arasında daha dərindən mənimsənilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

    Daha sonra çıxış edən Astara rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnur Qurbanlı tolerantlığın cəmiyyətdə münasibətlərin sağlamlaşmasına, köklü zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olunması üçün bir fürsət olduğunu bildirərək dini dözümlülük olmadan nə sülhün, nə də ictimai təhlükəsizliyin mümkün olmadığını vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi