Drezdendə “Azərbaycanda dinlərarası harmoniya: İslam və lüteranlıq" mövzusunda tədbir keçirilib

Drezdendə “Azərbaycanda dinlərarası harmoniya: İslam və lüteranlıq" mövzusunda tədbir keçirilib BBMM-in Drezden filialının rəhbəri Birgit Vaysgerber Xocalı faciəsi haqqında məlumat verib
Din
27 Fevral , 2017 19:12
Drezdendə “Azərbaycanda dinlərarası harmoniya: İslam və lüteranlıq mövzusunda tədbir keçirilib

Bakı. 27 fevral. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Drezden filialının təşkilatçılığı ilə Almaniyanın Drezden şəhərində “Azərbaycanda dinlərarası harmoniya: İslam və lüteranlıq" mövzusnda "dəyirmi masa" keçirilib.

Mərkəzdən "Report"a verilən məlumata görə, tədbirdə Saksoniyanın deputatları və konfessiya rəhbərləri, Drezden universitetinin professor ve müəllim heyəti, Drezden kitabxanasının rəhbərliyi və ictimaiyyət nümayəndələri, həmçinin Azərbaycanın Dini Qurumlarla İs üzrə Dövlət Komitəsinin (DQİDK) şöbə müdiri Nicat Məmmədli və Azərbaycanda fəaliyyət göstərən Bakı lüteranların dini icmasının rəhbəri Vera Nesterova iştirak edib. Əvvəlcə Xocalı qətliamında şəhid olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BBMM-in Drezden filialının rəhbəri Dr. Birgit Vaysgerber 25 beş il bundan əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırımı aktını bütün insanlığa və bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi səciyyələndirib. B.Vaysgerber Xocalı faciəsinin dəhşətləri haqqında "dəyirmi masa" iştirakçılarına məlumat verərək, terror daima tolerantlığa və multikulturalizmə böyük zərbə vurduğunu və beynəlxalq ictimaiyyətin diqqətini bu qətliama yönəltməyin vacibliyini vurğulayıb.

DQİDK-in şöbə müdiri Nicat Məmmədli Azərbaycanda mövcud olan konfessiyalararası harmoniyadan, multikulturalizmin Azərbaycan modelindən və bunun dövlət siyasətində prioritet elan olunmasından söz açıb.

Vera Nesterova Azərbaycanda butun dinlərə eyni ehtiramın göstərildiyini, bütün konfessiyaların nümayəndələrinin ölkə Prezidenti İlham Əliyevin daimi diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib: "Azərbaycanda hazırda Bakı, Göygöl və Şəmkir şəhərlərində lüteran kilsələri saxlanılır. Azərbaycan Prezidenti İlham Əliyev 30 avqust 2016-cı il tarixli "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" sərəncam imzalayıb. Bu sərəncam Azərbaycanda tarixi irsə diqqət və qayğının, ümumiyyətlə, ölkəmizdə tolerantlıq və multikulturalizm siyasətinin bariz təzahürüdür”.

Son xəbərlər

Orphus sistemi