Yuxarı
    Bağlamaq

    Allahşükür Paşazadə Rusiyaya gedəcək

    Məqsəd Rusiya Patriarxı Kirilin 70 illik yubiley tədbirlərində iştirak etməkdir

    Bakı. 18 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə noyabrın 21-də Moskva şəhərinə gedəcək.

    QMİ-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər Moskva və bütün Rusiya Patriarxı Kirilin dəvəti ilə baş tutacaq. Məqsəd Patriarx Kirilin 70 illik yubiley tədbirlərində iştirak etməkdir.

    A.Paşazadə səfər müddətində Patriarx Kirillə təkbətək görüşəcək, habelə yubileyə həsr olunmuş genişmiqyaslı təntənəli qəbul və mərasimlərdə iştirak edəcək.

    Səfər noyabrın 23-də başa çatacaq.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi