Allahşükür Paşazadə: "Özünü ilahiyyatçı adlandıran bəzi şəxslər dindən şou düzəldirlər"

Allahşükür Paşazadə: "Özünü ilahiyyatçı adlandıran bəzi şəxslər dindən şou düzəldirlər" Bakı. 15 may. REPORT.AZ/ Bəzi insanlar kolbasaları halal adı ilə hər yerdə təbliğ edirlər. Əgər halaldırsa, bunun əleyhinə deyiləm. Kolbasaların hazırlanması şəriətə uyğundursa, onu yemək olar. Amma ehtiyatlı olmaq lazımdır. Bəzi insanlar var ki, onlar üçün qidanın halal və ya haram olması önəmli deyil. Halalı kim təsdiq edir? Bunu edənlər axirəti düşünmürlər.
Din
15 May , 2018 12:35
Allahşükür Paşazadə: Özünü ilahiyyatçı adlandıran bəzi şəxslər dindən şou düzəldirlər
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ "Bəzi insanlar kolbasaları halal adı ilə hər yerdə təbliğ edirlər. Əgər halaldırsa, bunun əleyhinə deyiləm. Kolbasaların hazırlanması şəriətə uyğundursa, onu yemək olar. Amma ehtiyatlı olmaq lazımdır. Bəzi insanlar var ki, onlar üçün qidanın halal və ya haram olması önəmli deyil. Halalı kim təsdiq edir? Bunu edənlər axirəti düşünmürlər".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

O, bəzən televiziyalarda ilahiyyatçı adı ilə çıxış edən şəxslərə də irad tutub: "Axı onlara bu adı kim verib? Bəlkə də onların içərisində yaxşıları da var. Amma çoxu ilahiyyatçı adından istifadə edir. Bizə müraciət edən televiziyalar var, onlarla müqavilələr bağlanılıb. Din xadimləri efirlərə hazırlaşmalıdır. Lakin bu şəriətə uyğun olaraq olmalıdır. Bəzən dindən şou kimi danışırlar, bu, dinə və dindara yaraşmır. Şou olan verilişlərə çıxmaq lazım deyil. Verilişlərdə dinlə bağlı ad almaq üçün çıxış etməyə ehtiyac yoxdur və bu düzgün deyil".

Son xəbərlər

Orphus sistemi