Yuxarı

​Allahşükür Paşazadə: "Bir çoxları xarici ölkələri görməyiblər deyə, Azərbaycana qiymət verə bilmirlər "

Azərbaycan bu gün həqiqətən də cənnətdir

Bakı. 27 dekabr. REPORT.AZ/ Bir çox adamlar, bəlkə də xarici ölkələri görməyiblər deyə, Azərbaycana qiymət verə bilmirlər. Azərbaycan bu gün həqiqətən də cənnətdir".

"Report" xəbər verir ki, bu sözləri dekabrın 26-da Bakıda Heydər məscidinin açılış mərasimində çıxışı zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib.

"Həqiqətən də bir çox adamlar, bəlkə də xarici ölkələri görməyiblər deyə, Azərbaycana qiymət verə bilmirlər. Azərbaycan bu gün həqiqətən də cənnətdir. Baxın, bütün müsəlman dövlətləri bir-birinə qarışıb, vuruşur, məzhəb ayrı-seçkiliyi mövcuddur. Bu gün heç yerdə rast gəlməzsən ki, buradakı kimi yəhudi, xristian, katolik - bütün din xadimləri bir yerə, bir məscidə gəlib çıxış etsinlər. Bu, yalnız Azərbaycandadır. Çünki bu bünövrəni qoyan Heydər Əliyev olub. Heydər Əliyev bizi tolerantlığa, qardaşlığa, dinlər arasında dialoqa və bir-birinə hörmətə çağırırdı və bunu bizə öyrətdi. Bu siyasət bu gün də davam edir. Mən çox sevinirəm ki, İlham Əliyev də, onun ailəsi də bu gün bunu davam etdirir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi