Allahşükür Paşazadə: "İslamın düşmənləri məzhəb ayrı-seçkiliyi yaradaraq müsəlmanları bir-birinə qarşı qoyurlar"

Allahşükür Paşazadə: "İslamın düşmənləri məzhəb ayrı-seçkiliyi yaradaraq müsəlmanları bir-birinə qarşı qoyurlar" QMİ sədri: "Bu, İslam düşmənlərinin apardığı siyasətin nəticəsidir"
Din
16 Aprel , 2015 15:06
Allahşükür Paşazadə: İslamın düşmənləri məzhəb ayrı-seçkiliyi yaradaraq müsəlmanları bir-birinə qarşı qoyurlar

Bakı. 16 aprel. REPORT.AZ/ "Hazırda dünyada İslam adından sui-istifadə edən, məzhəb ayrı-seçkiliyi yaradaraq müsəlmanları bir-birinə qarşı qoyan qüvvələr var. Bu, İslam düşmənlərinin apardığı siyasətin nəticəsidir". "Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

Şeyx qeyd edib ki, dünyada İslam dini əleyhinə aparılan mübarizənin qarşısını almağa çalışırlar: "Bu yolda biz ən böyük dəstəyi elmdən və elm adamlarından alırıq. Lakin burada da çətinliklərimiz var. Din xadimləri uzun illər elmdən uzaqlaşdırılıb, onları elmin düşməni kimi təqdim ediblər. Müstəqillik dövründə elmin və dinin vəhdəti öz bəhrəsini verir. Azərbaycan müstəqillik əldə etdikdən sonra, xüsusən də son zamanlar Milli Elmlər Akademiyası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin gördüyü işlər nəticəsində bu sahədə irəliləyiş əldə olunub. Bizim mənəviyyatımız, əxlaqımız İslamla bağlıdır. İslam sülh, qardaşlıq dinidir. Bunu bütün dünya bilməlidir”.

A.Paşazadə bildirib ki, Azərbaycandakı mövcud tolerantlıq, multikulturalizm, dinlərarası dialoq bütün dünya üçün örnək ola bilər: "İndi dünyada buna böyük ehtiyac var". 

Son xəbərlər

Orphus sistemi