​Ağcabədidə “Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli” mövzusunda konfrans keçirilib

​Ağcabədidə “Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli” mövzusunda konfrans keçirilib Tədbirdə məruzələr dinlənilib
Din
11 İyun , 2016 16:19
​Ağcabədidə “Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli” mövzusunda konfrans keçirilib

Bakı. 11 iyun. REPORT.AZ/ Ağcabədi rayonu Heydər Əliyev Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli” mövzusunda konfrans keçirilib.

Bu barədə “Report”a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə rayon ictimaiyyətinin və pedaqoji kollektivlərin nümayəndələri, şəhər məktəblərinin direktorları, ictimai fəal gənclər və dindarlar iştirak ediblər.

Konfransı giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva açaraq, “Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” adlı məruzə ilə çıxış edib.

Daha sonra konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfovun “Heydər Əliyevin siyasi fəaliyyətində tolerantlığın Azərbaycan modeli” mövzusunda məruzəsi dinlənilib.

Konfransda, həmçinin Ağcabədi şəhər 8 saylı tam orta məktəbin direktoru Anar Qasımov, YAP Ağcabədi rayon təşkilatının məsləhətçi-təlimatçısı Mehman Novruzov, Muğanlı kənd məscidi dini icmasının sədri Süleyman Ağayev, Ağcabədi RİH Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev ölkə prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın multikulturalizmin təbliği və təşviqi ilə bağlı həyata keçirdiyi işlər haqqında ətraflı məruzələr edərək, ölkəmizin mutikultural və tolerant dəyərlərini yüksək qiymətləndiriblər. 

Son xəbərlər

Orphus sistemi