Salyanda dörd otaqlı ev yanıb
Hadisə
- 02 aprel, 2026
- 22:18
Salyanda yanğın hadisəsi baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonunun Şəkərli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Şahbazov Təyyar Vəlixan oğluna məxsus dörd otaqlı fərdi yaşayış evində anidən yanğın başlayıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın söndürülərək alovun ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb.
Buna baxmayaraq, 150 kv.m sahəsi olan ev yararsız hala düşüb.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
05:47
Özəl şirkət Yaxın Şərqdə ABŞ-nin neft obyektlərini PUA-lardan qoruyacaq
Digər ölkələr05:18
Vens: İranın ABŞ-ın iqtisadi təzyiqinə nə qədər tab gətirəcəyini proqnozlaşdırmaq çətindir
Digər ölkələr04:55
İmran Xan həbsxanadan xəstəxanaya köçürülüb
Digər ölkələr04:21
Ronaldinyo İtaliyanın "Ravenna" klubunun futbolçusu kimi təqdim olunub
Futbol03:56
Tramp: ABŞ-ın İrana hücum etməkdən başqa seçimi olmayıb
Digər ölkələr03:45
Braziliyada avtobus uçuşa hazırlaşan təyyarəyə çırpılıb
Digər ölkələr03:17
ABŞ-də təyyarə helikopterlə toqquşub
Digər ölkələr02:39
İraq Ceyhan istiqamətində neft ixracının həcmini artırmağı planlaşdırır
Digər ölkələr02:08