"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM
Daxili siyasət
- 27 avqust, 2026
- 15:35
UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Sabah" futbol klubuna Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, "Sabah" avqustun 25-də UEFA Çempionlar Liqasının pley-offunda İsrailin "Hapoel" (Beer-Şeva) komandasını iki oyunun nəticəsinə (1:2, 5:2) əsasən mübarizədən kənarlaşdıraraq turnirin əsas mərhələsinə vəsiqə qazanıb.
Son xəbərlər
21:17
İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib
Digər ölkələr21:04
Foto
Beynəlxalq çimərlik polosu turnirində iştirak edəcək komandaların təqdimat mərasimi keçirilib
Komanda20:52
Premyer Liqa: "Zirə" – "Qarabağ" matçının hakimləri açıqlanıb
Futbol20:43
Ömər Çelik: Rusiya-Ukrayna müharibəsinə İstanbulda son qoyulmalıdır
Region20:37
"Turan Tovuz" yarımmüdafiəçi Aleksa Yankoviçi heyətinə qatıb
Futbol20:28
"Zirə" müdafiəçi Mehdi Mişahşahı transfer edib
Futbol20:22
Suraxanıda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib
Daxili siyasət20:22
İşğaldan azad edilmiş ərazilərdə incəsənət təhsili üçün elektron müraciət sistemi istifadəyə verilib
Mədəniyyət siyasəti20:16