Bu ilin birinci yarımilində 306 nəfər Azərbaycana geri qaytarılıb

Xarici siyasət
  • 08 iyul, 2026
  • 17:38
Bu ilin birinci yarımilində 306 nəfər Azərbaycana geri qaytarılıb

Bu ilin birinci yarımili ərzində 306 şəxsin Azərbaycana readmissiyası həyata keçirilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, proses Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilib.

Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.