Bəzi rayonlara yağış yağır - FAKTİKİ HAVA

Ekologiya
  • 25 sentyabr, 2026
  • 09:18
Bəzi rayonlara yağış yağır - FAKTİKİ HAVA

Quba-Qusar bölgəsinin bəzi yerlərində arabir yağış yağır.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 25-i saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, düşən yağıntının miqdarı Qusarda 7, Xaçmaz və Qubada 1 mm-dək qeydə alınır.

Lakin ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Neftçalada 20 m/s-yə çatır.