Balakəndə selin apardığı 43 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB

Hadisə
  • 08 iyul, 2026
  • 21:14
Balakəndə selin apardığı 43 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB

Balakəndə selin apardığı sakin, 43 yaşlı kişi Rzayev Aslan Ramazan oğlunun meyiti tapılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, onun meyiti düşdüyü yerdən bir az aralıda tapılıb.

Qeyd edək ki, hadisə Katex kəndində, eyniadlı çayda qeydə alınıb. Katex kənd sakini, 1983-cü il təvəllüdlü A.Rzayev sərxoş vəziyyətdə Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan çaya yıxılıb. Bu zaman onu sel aparıb.

Balakən sakini, 43 yaşlı kişini sel apardığı ehtimal edilir.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Katex kəndində, Katex çayında qeydə alınıb.

Belə ki, Balakən rayonunun Katex kənd sakini, 1983-cü il təvəllüdlü Aslan Ramazan oğlu Rzayev sərxoş vəziyyətdə Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan çaya yıxılıb. Bu zaman onu sel aparıb.

Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.