AQTA: Bazarlardakı açıq ağartı məhsulları etiketlənəcək

Daxili siyasət
  • 17 iyul, 2026
  • 11:27
AQTA: Bazarlardakı açıq ağartı məhsulları etiketlənəcək

Bazarlarda etiketsiz satılan ağartı məhsulları etiketlənəcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev qurumun 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, proses əvvəlcə Bakı şəhərindən başlayıb, tədricən region bazarlarını da əhatə edəcək:

"AQTA dövlət hesabına bazarlarda əvvəllər etiketsiz satılan ağartı məhsulların etiketlənməsini həyata keçirir. Artıq "Təzə bazar"da məhsulların etiketlənməsi prosesi başlayıb. Yaxın zamanlarda digər bazarları da əhatə edəcək".