Zimbabvedə daşqınlar nəticəsində 65 nəfər ölüb

Zimbabvedə daşqınlar nəticəsində 65 nəfər ölüb Zimbabvedə ölkəyə üz verən İdai tropik qasırğası nəticəsində azı 65 nəfər həyatını itirib.
Digər ölkələr
18 Mart , 2019 04:27
Zimbabvedə daşqınlar nəticəsində 65 nəfər ölüb

Zimbabvedə ölkəyə üz verən "İdai" tropik qasırğası nəticəsində azı 65 nəfər həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli ZBC dövlət teleşirkəti məlumat yayıb.

Bildirilir ki, təbii fəlakətin minlərlə insana toxunduğu Manikaland əyalətində axtarış-xilasetmə işləri davam etdirilir.

Məlumata görə, güclü yağışlar nəticəsində artıq 5 iri körpünü su aparıb ki, bu səbəbdən də, zərər çəkmiş ərazilərə getmək çətinləşib.

Son xəbərlər

Orphus sistemi