Zimbabve prezidenti istefaya getməyəcəyini elan edib - YENİLƏNİB

Zimbabve prezidenti istefaya getməyəcəyini elan edib - YENİLƏNİB Bakı. 20 noyabr. REPORT.AZ/ Zimbabve prezidenti Robert Muqabe hərbçilər tərəfindən ev dustağı edildikdən sonra özünü ilk telemüraciətində istefaya gedəcəyini elan etməyib.
Digər ölkələr
20 Noyabr , 2017 00:01
Zimbabve prezidenti istefaya getməyəcəyini elan edib - YENİLƏNİB

Bakı. 20 noyabr. REPORT.AZ/ Zimbabve prezidenti Robert Muqabe hərbçilər tərəfindən ev dustağı edildikdən sonra özünü ilk telemüraciətində istefaya gedəcəyini elan etməyib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

O, həmçinin bildirib ki, ötən həftə baş vermiş hadisə ölkə konstitusiyasına və onun dövlət başçısı kimi hakimiyyətinə təhlükə törətmir.  

Qeyd edək ki, mətbuat Robert Muqabenin dövlət başçısı postunu tərk etməyə razılıq verdiyini xəbər vermişdi. Hakim "Zimbabve Afrika Milli İttifaqı – Vətənpərvərlik Cəbhəsi" Partiyasının Mərkəzi Komitəsi xüsusi iclasında 93 yaşlı ölkə prezidenti Robert Muqabeni partiyanın rəhbəri postundan kənarlaşdırıb.


***20:56

Zimbabve prezidenti Robert Muqabe dövlət başçısı postunu tərk etməyə razılıq verib.

“Report” xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.  

Qeyd edək ki, hakim "Zimbabve Afrika Milli İttifaqı – Vətənpərvərlik Cəbhəsi" Partiyasının Mərkəzi Komitəsi də xüsusi iclasında 93 yaşlı ölkə prezidenti Robert Muqabeni partiyanın rəhbəri postundan kənarlaşdırıb.

Onun yerinə keçmiş vitse-prezident Emmerson Mnanqaqva təyin olunub.

Son xəbərlər

Orphus sistemi