Bakı. 25 aprel. REPORT.AZ/ Yaponiyada Küsü adasındakı dağıdıcı zəlzələdən sonra bərpa işlərinə 286,1 milyard yen, başqa sözlə təxminən 2,5 milyard dollar tələb olunur. "Report" xəbər verir ki, bu barədə bu gün Yaponiya kökuməti məlumat verib.
Yaponiya Nazirlər Kabinetindən zəlzələnin kiçik və orta müəssisələrə vurduğu zərərin 160 milyard yen (təxminən 1,4 milyard dollar) təşkil etdiyi də vurğulanıb.
Xatırladaq ki, aprelin 14-də Küsü adasındakı Kumamoto və Oita prefekturalarında 6,5 bal gücündə zəlzələ olub, iki gün sonra isə daha böyük dağıdıcı gücə malik - 7,3 bal gücündə növbəti zəlzələ baş verib. Bu günə qədər Küsü adasında 800-dən çox yeraltı təkan qeydə alınıb, 48 nəfər ölüb, iki nəfər itkin düşmüş hesab edilir.