Ukrayna Prezidentinin Avropa sammitində iştirakı məxfi saxlanılır

Ukrayna Prezidentinin Avropa sammitində iştirakı məxfi saxlanılır Avropa liderlərinin əksəriyyəti iyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin sammiti iştirakını artıq təsdiqləyib, lakin Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşdə iştirak edib-etməyəcəyi hələ məlum deyil.
Digər ölkələr
30 May , 2023 03:12
Ukrayna Prezidentinin Avropa sammitində iştirakı məxfi saxlanılır

Avropa liderlərinin əksəriyyəti iyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin sammiti iştirakını artıq təsdiqləyib, lakin Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşdə iştirak edib-etməyəcəyi hələ məlum deyil.

Bu barədə “Report” “NewsMaker”ə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Moldovanın daxili işlər naziri Anna Revenko Ukrayna Prezidentinin sammitdə mümkün iştirakı ilə bağlı məlumatın açıqlanmadığını bildirib.

"Bu məlumat cənab Zelenskinin təhlükəsizliyi üçün məxfiləşdirilməlidir. Biz bu tələbə hörmət edirik", - o deyib.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin Sammiti Bulboakada (Moldova) Mimi qəsrində keçiriləcək. Tədbirdə 47 ölkənin prezidentinin və ya hökumət başçısının, eləcə də Avropa İttifaqı rəhbərlərinin iştirakı gözlənilir. Görüşdə liderlər Ukraynadakı müharibə və əlaqədar böhranlar kontekstində sülh üçün birgə səylər, demokratiyanın müdafiəsi, enerji təhlükəsizliyinin gücləndirilməsi və Avropa dövlətlərinin dayanıqlılığını müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi