Zelenski Parisdə Makron və Şoltsla görüşüb

Zelenski Parisdə Makron və Şoltsla görüşüb Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın paytaxtı Parisə səfərə gəlib.
Digər ölkələr
9 Fevral , 2023 02:05
Zelenski Parisdə Makron və Şoltsla görüşüb

Fransanın paytaxtı Parisdə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makron və Almaniyanın kansleri Olaf Şoltsla görüşüb.

“Report” BFM TV-yə istinadən xəbər verir ki, görüşdən sonra ölkə liderləri mətbuata açıqlama veriblər.

“Biz Ukraynanın tərəfindəyik, onu qələbəyə qədər müşayiət etmək əzmindəyik”, - Fransanın dövlət başçısı bildirib.

Zelenski isə Almaniya və Fransa liderlərinə müraciət edərək ölkəsinə silah lazım olduğunu xatırladıb.

E. Makron isə cavabında Fransa və Avropa İttifaqının Ukraynaya silah tədarükündə səylərini davam etdirmək niyyətində olduqlarını vurğulayıb.

01:09

Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın paytaxtı Parisə səfərə gəlib.

“Report” xəbər verir ki, bu barədə Fransa hökuməti məlumat yayıb.

Bildirilib ki, təyyarəsi paytaxtın Orli hava limanında enən V. Zelenski Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Olaf Şoltsla görüşmək üçün Yelisey sarayına yola düşüb.

Son xəbərlər

Orphus sistemi