Zambiyada mədən çöküb, 30-dan çox insan dağıntılar altında qalıb
Digər ölkələr
- 01 dekabr, 2023
- 16:48
Zambiyanın mərkəzindəki Kopperbelt əyalətində mis mədəninin çökməsi nəticəsində azı 30 nəfər dağıntılar altında qalıb.
“Report” xəbər verir ki, bu barədə “Frans Press” agentliyi (AFP) ölkənin daxili işlər naziri Cek Mviimbaya istinadən məlumat yayıb.
DİN rəhbərinin sözlərinə görə, söhbət qanunsuz neft hasilatı ilə məşhur olan regiondan gedir.
Hadisənin başqa təfərrüatları barədə məlumat verilmir.
Zambiyanın Mədən və Mineral Ehtiyatlar Nazirliyi Çinqola şəhəri yaxınlığındakı insidentin araşdırılmasının zəruriliyini əsas gətirərək AFP-nin hadisəni şərh etmək istəyini geri çevirib.
AFP-nin məlumatına görə, Çinqola regionunda dünyanın ən böyük açıq tipli mis mədənlərindən biri yerləşir.
Son xəbərlər
22:05
KİV: İslamabadda ABŞ, İran və Pakistan arasında danışıqlar bərpa olunub - YENİLƏNİB-2
Region22:00
Premyer Liqa: "Araz-Naxçıvan"a qalib gələn "Neftçi" avrokubok zonasına bir qədər də yaxınlaşıb
Futbol21:41
Foto
Dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib
Fərdi21:39
Nyu-York metrosunda sərnişinlərə hücum edilib
Digər ölkələr21:17
Azərbaycan Yüksək Liqası: "DH Volley" finala vəsiqə qazanıb
Komanda21:03
İrlandiyada bir kişi balta ilə ABŞ-nin hərbi təyyarəsinə hücum edib
Digər ölkələr20:59
Makron: Fransa Hörmüz boğazının açılmasına dəstək verməyə hazırdır
Digər ölkələr20:55
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub
Mədəniyyət siyasəti20:47