ABŞ-ın Sahil Mühafizəsinin zabiti terror aktı hazırlığında şübhəli bilinərək həbs olunub

ABŞ-ın Sahil Mühafizəsinin zabiti terror aktı hazırlığında şübhəli bilinərək həbs olunub Bakı. 21 fevral. REPORT.AZ/ ABŞ-ın Sahil Mühafizəsinin zabiti, leytenant Kristofer Pol Heffen terror aktına hazırlıqda şübhəli bilinərək həbs edilib.
Digər ölkələr
21 Fevral , 2019 03:56
ABŞ-ın Sahil Mühafizəsinin zabiti terror aktı hazırlığında şübhəli bilinərək həbs olunub

Bakı. 21 fevral. REPORT.AZ/ ABŞ-ın Sahil Mühafizəsinin zabiti, leytenant Kristofer Pol Heffen terror aktına hazırlıqda şübhəli bilinərək həbs edilib. 

"Report" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd edilir ki, Heffenin yaşadığı evdə axtarış aparılıb. Zabitin mənzilindən 15 ədəd odlu silah və bir neçə min patron aşkarlanıb.

Nəşrin məlumatına görə, onun planlaşdırdığı terror aktının hədəfi kimi jurnalistlər və siyasətçilər seçilib.

Daha əvvəl ABŞ ordusunun hərbi qulluqçusu Əfqanıstanda həlak olub.

Son xəbərlər

Orphus sistemi