Yunanıstanla Şimali Makedoniya qarşılıqlı səfirlik açacaqlar

Yunanıstanla Şimali Makedoniya qarşılıqlı səfirlik açacaqlar Yunanıstan və Şimali Makedoniya diplomatik münasibətləri gücləndirmək məqsədilə qarşılıqlı səfirliklər təsis edəcəklər.
Digər ölkələr
2 Aprel , 2019 19:17
Yunanıstanla Şimali Makedoniya qarşılıqlı səfirlik açacaqlar

Yunanıstan və Şimali Makedoniya diplomatik münasibətləri gücləndirmək məqsədilə qarşılıqlı səfirliklər təsis edəcəklər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Aleksis Tsipras Skopye şəhərində şimali makedoniyalı həmkarı ilə danışıqlardan sonra bildirib.

O, səfər çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalandığını və müştərək tədbirlər planının təsdiqləndiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, A.Tsipras Yunanıstanın Şimali Makedoniyaya səfər edən ilk baş naziri kimi tarixə düşüb.  

Xatırladaq ki, iki qonşu ölkə arasında soyuqluq ötən ilin iyun ayında Makedoniyanın (“Keçmiş Yuqoslaviyanın Makedoniya Respublikası”) adının dəyişdirilərək Şimali Makedoniya adlandırılmasından sonra aradan qalxıb.

Son xəbərlər

Orphus sistemi