Yuxarı
    Bağlamaq

    Yunanıstanın qaçqın düşərgəsində yanğın olub, ana və iki övladı ölüb

    Hadisə zamanı daha 7 nəfər xəsarət alıb

    Bakı. 25 noyabr. REPORT.AZ/ Yunanıstanın Lesbos adasındakı Moria qaçqın və miqrantların yerləşdirilməsi mərkəzində yanğın zamanı ana və iki ölvadı dünyasını dəyişib.

    "Report" xəbər verir ki, bu barədə "Skai" məlumat yayıb.

    Telekanalın məlumatına görə, yanğına düşərgə çadırlarından birində qaz balonunun partlaması səbəb olub. Hadisə nəticəsində daha 7 nəfər yaralanıb, əraziyə polis və yanğınsöndürmə briqadası cəlb olunub.

    Faktla bağlı araşdırma başlanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi