Yunanıstanda tufan nəticəsində 3 nəfər itkin düşüb

Yunanıstanda tufan nəticəsində 3 nəfər itkin düşüb Bakı. 1 oktyabr. REPORT.AZ/ Yunanıstanda sentyabrın 29-da baş verən Ksenofon tufanı zamanı 3 nəfər itkin düşüb.
Digər ölkələr
1 Oktyabr , 2018 07:42
Yunanıstanda tufan nəticəsində 3 nəfər itkin düşüb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Yunanıstanda sentyabrın 29-da baş verən "Ksenofon" tufanı zamanı 3 nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə Mərkəzi Yunanıstanın qubernatoru Kostas Bakoyannis "Facebook"da yazıb.

Onun sözlərinə görə, vətəndaşların axtarışı üçün Evbeya adasına bütün qüvvələr cəlb olunub.

Tufan zamanı küləyin sürəti saatda 140 km-ə çatıb, güclü yağışlar səbəbindən bir sıra evlər su altında qalıb, yollarda maşınların hərəkəti məhdudlaşıb.

Ölkənin bəzi rayonlarında fövqəladə vəziyyət rejimi tətbiq oluna bilər.

Son xəbərlər

Orphus sistemi