Yunanıstanda sərnişin qatarı relsdən çıxaraq evə girib

Yunanıstanda sərnişin qatarı relsdən çıxaraq evə girib Qatarda 100-ə yaxın sərnişin olub
Digər ölkələr
14 May , 2017 01:00
Yunanıstanda sərnişin qatarı relsdən çıxaraq evə girib

Bakı. 14 may. REPORT.AZ/ Yunanıstanda Afina-Saloniki marşrutu üzrə hərəkət edən "Intercity" sərnişin qatarı relsdən çıxaraq yaşayış evinə girib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Skai" telekanalı məlumat yayıb.

Qatarda 100-ə yaxın sərnişinin olduğu və onlardan bəzilərinin xəsarət aldığı qeyd olunur. Hadisə Bakı vaxtı ilə 22.40-da baş verib. Telekanalın məlumatına görə, relsdən elektrovoz və beş vaqon çıxıb.

Hadisə yerində "təcili yardım" və yanğınsöndürmə briqadaları işləyir.

Son xəbərlər

Orphus sistemi