Yunanıstanda hərbi helikopter qəzaya uğrayıb, 4 zabit ölüb, 1-i yaralanıb

Digər ölkələr
  • 19 aprel, 2017
  • 10:39
Yunanıstanda hərbi helikopter qəzaya uğrayıb, 4 zabit ölüb, 1-i yaralanıb

Bakı. 19 aprel. REPORT.AZ/ Yunanıstanın şimalında sərhəd qoşunlarına məxsus helikopterin qəzaya uğraması nəticəsində 4 zabit ölüb, 1-i yaralanıb.

“Report” “Fox News”a istinadən xəbər verir ki, helikopter ölkə paytaxtı Afinadan 450 km aralı Elasson şəhərinin şimalında qəzaya uğrayıb.

Yunanıstan Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi qəzanın baş verdiyini təsdiqləyərək, helikopterin sərhəd bölgəsində adi uçuş edərkən qəzaya uğradığını deyib. 

44 filmi